“Qarabağ”ın yanvarda Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri dəqiqləşib.
Ağdam təmsilçisi Belekdə məskunlaşacaq və yanvarın 15-də orada Polşanın “Vidzev” klubu ilə qarşılaşacaq. Komandanın digər rəqibləri hələlik məlum deyil.