Məkkə Saat Qülləsi ən yüksək muzey və müşahidə meydançası kimi "Ginnes" rekorduna imza atıb

Məkkə şəhəri və Müqəddəs Məkanlar üzrə Kral Komissiyası, binada yerləşən dünyanın ən yüksək muzeyi və ən yüksək açıq müşahidə meydançası ilə bağlı "Ginnes" Dünya Rekordları kitabında iki yeni qlobal nailiyyət əldə etdi.
Birinci rekord, 426,875 metr hündürlükdə yerləşən Məkkə Saat Qülləsi Muzeyini binanın daxilindəki ən yüksək muzey kimi təsdiqləyir. İkinci rekord isə Məkkə Saat Qülləsi kompleksində, 560,875 metr hündürlükdə yerləşən dünyanın ən yüksək açıq müşahidə meydançasına aiddir.
Bu barədə yerli media xəbər paylaşıb.
Bu nailiyyət Kral Komissiyasının mühüm məkan və obyektlərin inkişaf etdirilməsi, Məkkənin tarixi, elmi və memarlıq sərvətlərindən səmərəli istifadə olunması, həmçinin yerli sakinlərin, zəvvarların və qonaqların təcrübələrinin zənginləşdirilməsi istiqamətindəki davamlı səylərini əks etdirir. Eyni zamanda, bu, şəhərin ənənəvi orijinallıqla müasirliyi özündə birləşdirən qlobal bir məkan kimi mövqeyini daha da möhkəmləndirir.
Reportyor.az
BANNER / KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:18


























