Çempionlar Liqasının topunun sponsoru dəyişəcək
Xarici KİV xəbər verir ki, UEFA və Avropa Klublar Assosiasiyasının birgə müəssisəsi olan UC3 bu barədə açıqlama yayıb. Belə ki, 26 illik tərəfdaşlıq başa çatdıqdan sonra “Adidas”ı ABŞ şirkəti “Nike” əvəz edəcək.
Dörd illik müqaviləyə əsasən, dəyişiklik UEFA-nın himayəsi altında keçirilən digər turnirlərə də şamil olunacaq. Bununla da, Çempionlar Liqasının toplarında uzun illər istifadə edilən “Adidas”ın üç zolaqlı loqosu “Nike” loqosu ilə əvəzlənəcək. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:48



























