mobil versiya

Növbəti 2 mövsüm üçün avrokubok finallarının məkanları açıqlanıb





UEFA növbəti iki mövsüm üçün avrokubok finallarının keçiriləcəyi məkanları açıqlayıb.

2027/28 Çempionlar Liqasının finalı Münhendəki “Allianz Arena”da keçiriləcək. Növbəti mövsümün Avropa Liqasının finalı Buxarestdəki Milli Stadionda, UEFA Konfrans Liqasının finalı isə Turindəki “Allianz Stadion”da olacaq.
2028/29 mövsümündə Çempionlar Liqasının finalı “Kamp Nou”da keçiriləcək. Avropa Liqasının finalı Belqradda, UEFA Çempionlar Liqasının finalı isə Budapeştdəki “Puşkaş Arena”da təşkil ediləcək.
2027-nin UEFA superkuboku Amsterdamdakı Yohan Kroyf Arenada, 2028-in UEFA superkuboku isə Astanadakı “Astana Arena”da keçiriləcək.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:44