mobil versiya

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi start götürür



Bu gün 2022-2023-cü illər UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək.
Fevralın 15-də iki qarşılaşma keçiriləcək.
Fransanın PSJ klubu Münxenin “Bavariya” kollektivini, “Milan” isə “Tottenhem”i qəbul edəcək.
Qeyd edək ki, səkkizdəbir final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) matçları sabah, digər oyunları isə bir həftə sonra keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 14-02-2023, 12:32