mobil versiya

Çempionlar Liqasının hazırkı qalibi turnirə məğlubiyyətlə başlayıb - NƏTİCƏLƏR



Futbol üzrə Çempionlar Liqasında 2019/20-ci illər mövsümünə start verilib.

“Report”un məlumatına görə, ilk qarşılaşma Fransada yerli "Lion" ilə Rusiya "Zenit"i arasında baş tutub. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

"G" qrupunun digər qarşılaşmasında "Benfika" (Portuqaliya) öz meydanında Almaniya "Leipsiq"inə 1:2 hesabı ilə məğlub olub.
"F" qrupunda "İnter" doğma meydanda 90+2 dəqiqədə Praqa "Slaviya"sına məğlubiyyətdən xilas olub. Qrupun digər matçında Dortmund "Borussiya"sı Almaniyada "Barselona" (İspaniya) ilə qolsuz heç-heçəyə nail olub.

Gecənin ən maraqlı nəticəsi İtaliyada qeydə alınıb. Çempionlar Liqasının hazırkı qalibi "Liverpul" (İngiltərə) "Napoli"yə (İtaliya) 0:2 hesabı ilə məğlub olub. Qrupun paralel keçən oyununda "Zalsburq" (Avstriya) "Genk"i (Belçika) darmadağın edib - 6:2.
"Valensiya"nın səfərdə "Çelsi" üzərində qələbə qazanması (1:0) turun digər gözlənilməz nəticəsi olub.

"H" qrupunun paralel keçirilən matçı "Ayaks" və "Lill" arasında baş tutub. Hollandiya təmsilçisi Fransa klubuna heç bir şans verməyib - 3:0.
KARUSEL / İDMAN
Tarix: 18-09-2019, 01:38