mobil versiya

“Mançester Siti” 7 ildən sonra ilk dəfə uduzub






“Mançester Siti” UEFA Çempionlar Liqasının 5-ci turunda Leverkuzen “Bayer”inə 0:2 hesabı ilə məğlub olaraq, 2018-ci ildən sonra evdə ilk dəfə uduzub.

Bu barədə “Opta” sosial şəbəkədə məlumat yayıb.

Bu, “şəhərlilər” üçün son dörd ev oyununda ikinci məğlubiyyət olub. Əvvəlki 37 matçda isə eyni göstərici yalnız bir dəfə baş vermişdi.
Dübən baş tutan matçın 23-cü dəqiqədə “Bayer”in yarımmüdafiəçisi Alexandro Qrimaldo hesabı açıb. 55-ci dəqiqədə qonaqların hücumçusu Patrik Şik ikinci qolu vuraraq üstünlüyü möhkəmləndirib.
Bu mövsüm Çempionlar Liqasının finalı gələn il mayın 30-da Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”-da keçiriləcək.

Reportyor.az

KARUSEL / İDMAN
Tarix: Dünən, 11:54