mobil versiya

“Liverpul” klubu “Real Madrid” ilə oyunda antirekorda imza atıb



"Liverpul” klubu Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Real Madrid” ilə oyunda antirekorda imza atıb.
İngiltərə klubu 14-cü dəqiqədə 2:0 hesabı ilə öndə olsa da, sonda Madrid klubuna 2:5 hesabı ilə uduzub.
“Opta”nın məlumatına görə, “Liverpul” Çempionlar Liqası tarixində 2:0 hesabı ilə önə keçdikdən sonra üç top fərqi ilə məğlub olan ilk komanda olub.
Həmçinin “Liverpul” tarixində ilk dəfə avrokubok matçında öz meydanında 5 qol buraxıb.
KARUSEL / İDMAN
Tarix: 22-02-2023, 17:48