mobil versiya

Erlinq Holann Çempionlar Liqasının tarixinə düşdü





Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

"Report"un "Opta"ya istinadən verdiyi məlumata görə, 20 yaşlı hücumçu turnirdəki debüt matçında 10 və daha çox qol vurmağı bacaran beşinci oyunçudur.

Norveçli forvard buna 1/8 final mərhələsinin ilk görüşündə evdə Fransa PSJ-sini 2:1 hesabı ilə məğlub etdikləri matçda nail olub. Dortmud təmsilçisinin hər iki qolunu Erlinq Holann vurub. 

Daha öncə 1958/1959 mövsümündə Fransa "Reyms"ində Jyust Fonten, 1978/1979 mövsümündə İsveçrə "Qrasşopper"ində Klaudio Sulser və 2017/2018 mövsümündə "Liverpul"da Sadio Mane ilə Roberto Firmino bunu bacarıblar. 

Qeyd edək ki, Erlinq Holann ÇL-in hazırkı mövsümündə bombardirlik siyahısında Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski ilə eyni sayda - 10 qola imza atıb. Hücumçu mövsümün ilk yarısını Avstriya "Zaltsburq"unda keçirib. Onun Dortmun klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. 

SON XƏBƏR / KARUSEL / İDMAN
Tarix: 19-02-2020, 10:37