mobil versiya

“Sumqayıt” futbol klubu “Sivasspor”la yoxlama oyunu keçirəcək



Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" futbol klubunun yoxlama oyununda üz-üzə gələcəyi rəqiblərdən biri dəqiqləşib.
Klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Super liqada çıxış edən "Sivasspor"la üz-üzə gələcək. Matç iyulun 23-də oynanılacaq.
"Sumqayıt" futbol klubu iyulun 27-dək Ərzurum şəhərində təlim-məşq toplanışında olacaq.

KARUSEL / İDMAN
Tarix: 17-07-2023, 12:14