mobil versiya

"Neftçi” – “Vaşaş” oyunu bu gün keçiriləcək



Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma vaxtı açıqlanıb.
Macarıstanın “Vaşaş” komandası ilə yanvarın 10-da keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. “Gloria Golf Club”un stadionunda keçiriləcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Belek bölgəsində məskunlaşan komandamız daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
KARUSEL / İDMAN
Tarix: 10-01-2023, 10:13