"Qalatasaray"ın vitse-prezidenti "Neftçi" ilə oyundan danışdı
"İki qardaş ölkənin qardaş komandası üz-üzə gələcək".
"Report"un məlumatına görə, bunu Türkiyənin "Qalatasaray" klubunun vitse-prezidenti Abdurrahim Albayrak UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.
Klub rəsmisi növbəti mərhələyə yüksələcəklərinə inandığını bildirib: "Allahın köməyi ilə mərhələni keçib, Türkiyəyə qayıdacağıq".
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.
SON XƏBƏR / KARUSEL / İDMAN
Tarix: 16-09-2020, 11:58