mobil versiya

İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinə yeni sədr təyin edilib



Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

İlham Əliyevin imzaladığı digər Sərəncamla Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.

Osman Xaliyev bu təyinatadək Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri idi.

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:20