Tanınmış futbolçu karyerasını başa vurub

Futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun son klubu 2025/2026 mövsümündə çıxış etdiyi “Melburn” (Avstraliya) olub. O, 2026-cı ilin sentyabrında komandadan ayrılıb.
Mata “Çelsi”nin heyətində 2012-ci ildə UEFA Çempionlar Liqasının, 2013-cü ildə isə UEFA Avropa Liqasının qalibi olub. Həmçinin, 2017-ci ildə “Mançester Yunayted”in tərkibində UEFA Avropa Liqasını qazanıb. O, “Valensiya” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Vissel Kobe” (Yaponiya) və “Vestern Sidney Uonderers” (Avstraliya) klublarında da oynayıb.
Mata İspaniya yığması ilə birlikdə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatının qalibi olub. Yarımmüdafiəçi milli komandada 41 matç keçirib və 10 qol vurub.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:15


























