Azərbaycanlı futbolçu karyerasını başa vurdu
Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Ruslan Abışov peşəkar karyerasını başa vurur.
36 yaşlı müdafiəçi futbolla vidalaşmağa hazırlaşır.
Ötən mövsümün sonunda “Zirə”dən ayrıldıqdan sonra klubsuz olan təcrübəli futbolçunun qərarını tezliklə açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Ruslan Abışov karyerası ərzində “Neftçi” və “Zirə” ilə yanaşı, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının da formasını geyinib. “Ağ-qaralar”ın heyətində Premyer Liqanın ikiqat qalibi olan R. Abışov 2010/2011-ci illər mövsümünün ən yaxşı müdafiəçisi, 2012-ci ildə isə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. O, həmçinin yığmanın heyətində 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
KARUSEL / İDMAN
Tarix: 23-10-2023, 17:21