mobil versiya

AFFA “Zirə”nin futbolçusunun cəzasını azaldıb



AFFA İntizam Komitəsi (İK) “Zirə” klubunun futbolçusu Coşqun Diniyevin cəzasını azaldıb.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzası 1-ə endirilib.
Diniyev “Sabah”a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın X tur matçının 84-cü dəqiqəsində ikinci xəbərdarlığı alaraq meydandan kənarlaşdırılıb. O, daha sonra stadionun giriş qapısının şüşəsini sındırıb. Paytax təmsilçisi bunun üçün 2400 manat məbləğində cərimələnib. Stadiondakı əmlaka Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcək.
“Səbail”in futbolçusu Tural Bayramlıya isə iki oyunluq cəza kəsilib. 24 yaşlı yarımmüdafiəçi XI turda “Şamaxı” ilə görüşün 42-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. “Dənizçilər” bunun üçün 1600 manat ödəyəcək.
İK “Neftçi”dən İsmayıl Zülfüqarlıya da iki oyunluq cəza verib. O, “Sabah”a 2:3 hesabı ilə uduzduqları XI tur qarşılaşmasında ciddi qayda pozuntusu ucbatından birbaşa qırmızı vərəqə alıb. “Ağ-qaralar” Zülfüqarlının bu hərəkətinə görə 1600 manat ziyana düşüb.

İDMAN
Tarix: 28-10-2022, 15:33