mobil versiya

“Zirə” “Neftçi”ni məğlubiyyətə uğradıb


Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.APA-nın məlumatına görə, turun son günündə bir matç keçirilib.
Paytaxt derbisində “Neftçi” və “Zirə” üz-üzə gəlib. Bakı klublarının dueli Zirə İdman Kompleksinin stadionunda baş tutub.
Hər iki komanda çempionata uğursuz başladığından azarkeşlər gərgin mübarizəyə şahid olublar. Matçda hesabı meydan sahibləri açıblar. 
27-ci dəqiqədə Cavid Hüseynov fərqlənib. Roberto Bordinin yetirmələri buraxılan qoldan sonra böyük qüvvə ilə irəli atılıblar. Lakin “ağ-qaralar” hesabı dəyişə bilməyiblər və “Zirə” ev matçından minimal hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, turun ilk iki günündə “Keşlə” “Sabah”ı 1:0, “Səbail” “Sumqayıt”ı, “Qarabağ” “Qəbələ”ni eyni – 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası
26 avqust (bazar ertəsi)
“Zirə” – “Neftçi” – 1:0
Qol: 
Cavid Hüseynov, 27
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 19:00
NKlublarOQHMT-FX
1Səbail22004-06
2Qarabağ22004-06
3Keşlə21011-13
4Zirə21011-13
5Sumqayıt21012-33
6Neftçi20111-21
7Sabah20111-21
8Qəbələ20020-50
 
/APA/






İDMAN
Tarix: 26-08-2019, 20:27