mobil versiya

Tramp: ABŞ Filippinlə çox böyük ticarət sazişi bağlayıb




ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, Birləşmiş Ştatlar Filippinlə “çox böyük ticarət sazişi” bağlayıb. Lakin o, heç bir təfərrüat açıqlamayıb, Manila tərəfi isə hər hansı razılaşma barədə məlumat verməyib.

Tramp Filippin prezident sarayında təşkil olunan rəsmi nahar zamanı deyib: “Biz indicə çox böyük bir ticarət sazişi imzaladıq – bu, indiyə qədər bağladığımız ən böyük ticarət sazişidir və hər iki ölkə üçün ədalətli razılaşmadır”.

“Biz bundan çox məmnunuq; bunun baş verəcəyini gözləmirdik, lakin hər şey çox sürətlə reallaşdı və bu, hər iki tərəf üçün möhtəşəm bir sazişdir”.

İki müttəfiq ölkə arasında ticarət sazişi ilə bağlı danışıqlar barədə nə ABŞ, nə də Filippin tərəfindən açıqlanan rəsmi proqramlarda heç bir qeyd yox idi.

Filippin Prezidenti Ferdinand Markosun (kiçik) ofisi Trampın bəhs etdiyi sazişlə bağlı dərhal heç bir şərh verməyib. Filippinin ABŞ-dakı səfiri də şərh istəyinə dərhal cavab verməyib.

Tramp çərşənbə axşamı bildirib ki, yaxın həftələrdə yekunlaşması gözlənilən ticarət sazişi çərçivəsində Tayland ABŞ-dan idxal etdiyi məhsullara tətbiq olunan bütün gömrük rüsumlarını ləğv edəcək və əhəmiyyətli qeyri-tarif maneələrini aradan qaldıracaq.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:40