mobil versiya

Dünyanın ən bahalı 5 qapıçısı




Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) analitikləri dünya futbolunun ən bahalı qapıçılarının siyahısını açıqlayıb.

Xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya 80,6 milyon avro transfer dəyəri ilə “Barselona”nın ispaniyalı qapıçısı Xuan Qarsiya başçılıq edir.
İkinci pillədə “Mançester Siti”nin və İtaliya millisinin üzvü Canluici Donnarumma qərarlaşıb. Onun transfer dəyəri 79,9 milyon avro qiymətləndirilir.
İlk üçlüyü isə 64,2 milyon avro göstərici ilə belçikalı Senne Lammens (“Mançester Yunayted”) tamamlayır.
Dünyanın ən bahalı qapıçılarının ilk beşliyində yaponiyalı Zion Suzuki (“Aston Villa”, 59,5 milyon avro) və niderlandlı Bart Verbrüggen (“Brayton”, 57,9 milyon avro) də yer alıblar. (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:53