“200 milyon funt sterlinqə eşşək də ala bilərsiz” – Belçikalı futbolçu
“Sanderlend”in və Belçika millisinin müdafiəçisi Tomas Menye, transfer məbləğlərinin futbolçuların real səviyyəsini hər zaman əks etdirmədiyini bildirib.
Xarici KİV xəbər verir ki, o, 18 yaşlı futbolçu Ayyub Buaddinin “Mançester Siti”yə 95 milyon avro və 5 milyon avro bonus qarşılığında transferini şərh edib:
“Buaddi inanılmaz futbolçudur. Pul barədə danışmağın mənası yoxdur, çünki bunda artıq heç bir məntiq qalmayıb. 200 milyon funt sterlinqə eşşək də ala bilərsiz, amma 20 milyon funt sterlinqə çox yaxşı bir futbolçu əldə edə bilərsiz. Bunun artıq heç bir mənası yoxdur”.
Mərakeşli futbolçu Buaddi “Mançester Siti”yə bu yay “Lill”dən keçib. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:46



























