mobil versiya

Manuel Akanji “Qalatasaray”ın təklifinə "yox" deyib



“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji karyerasını davam etdirmək üçün bir neçə seçim qarşısındadır.

İngiltərə klubu artıq 30 yaşlı futbolçunun “Qalatasaray”a 15 milyon funt sterlinqə (təxminən 17,5 milyon avro) transferinə razılıq verib. Ancaq futbolçunun özü bu təklifi qəbul etməyib.

Xarici KİV xəbər verir ki, Akanji ilə “Milan”, Leverkuzen “Bayer”i və “Kristal Pelas” da maraqlanır.
Bununla belə, aparılan danışıqlarda hələlik heç bir ciddi irəliləyiş müşahidə olunmur.
İsveçrə millisinin üzvünün “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Reportyor.az

KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:44