Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur
İspaniya "Betis"inin baş məşqçisi Manuel Pelleqrini vergidən yayınmaqda ittiham olunur.
"Report"un İngiltərə mətbuatına istinadən məlumatına görə, 69 yaşlı mütəxəssis qanunsuzluğa "Mançester Siti"nin sükanı arxasında olarkən yol verib.
Çilili mütəxəssisin bu səbəbdən 343 000 funt sterlinq məbləğində cərimələndiyi bildirilib.
Pelleqrini hələlik bu iddiaları şərh etməyib. Hüquqi məsələlərlə onun vəkilləri məşğul olur.
Qeyd edək ki, Manuel Pelleqrini 2013 - 2016-cı illərdə "Mançester Siti"yə rəhbərlik edib.
İDMAN
Tarix: 28-09-2022, 17:35