mobil versiya

Dünyanın ən bahalı futbolçusu



“CIES Football Observatory” futbolçuların transfer dəyərinin reytinqini açıqlayıb.
Tədqiqat qrupu dünyanın 75 liqasından 30 mindən çox oyunçunun təxmini transfer dəyərini dərc edib.
“Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Cud Bellinqem 208 milyon avro ilə ən bahalı futbolçu olub. “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden 200,5 milyon avro ilə reytinqdə ikinci pillədə qərarlaşıb.
İlk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe (191,7 мilyon avro), “Real Madrid”dən Vinisius Junior (190,5 мilyon) və Erlinq Holand (“Mançester Siti”, 174,9 milyon) yer alıblar.
Lionel Messi və Kriştiano Ronaldo reytinqdə ilk yüzlüyə belə daxil edilməyib.

KARUSEL / İDMAN
Tarix: 5-01-2023, 18:36