mobil versiya

Azərbaycan “Qatar Travel Mart” sərgisində iştirak edir



Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanları Qətərin paytaxtı Dohada keçirilən “Qatar Travel Mart” sərgisində nümayiş etdirilir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, xüsusi formada dizayn edilmiş milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, milli mətbəx nümunələri, ekoturizm, dağ-xizək mərkəzləri, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir.
Milli stenddə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə, 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.
Beynəlxalq sərgi çərçivəsində iştirakçı turizm sənayesi nümayəndələri ilə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid "Dünya səviyyəli dayanıqlı destinasiya və xidmətlərin yaradılması" mövzusunda keçirilən panel diskussiyada iştirak edib.
Bundan əlavə, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Mahir Əliyev milli stendi ziyarət edərək, sərginin gedişatı ilə tanış olub.
Noyabrın 22-dək davam edəcək sərgidə 60 ölkədən dövlət və özəl sektoru təmsil edən 250 turizm sənayesi nümayəndəsi iştirak edir və sərgiyə 9 mindən çox ziyarətçinin qatılacağı planlaşdırılır.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 21-11-2023, 16:28