mobil versiya

Əmir Qətər ilə İsveçrə arasındakı əməkdaşlığı genişləndirməyi hədəfləyir




Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Qətər Dövləti ilə İsveçrə arasındakı möhkəm münasibətlərdən qürur duyduğunu ifadə edərək, əməkdaşlıq və investisiya sahəsində yeni üfüqlər açmaq üçün mövcud tərəfdaşlıqları daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Bu barədə Qətər yerli mediası xəbər verir. 

Əmir özünün rəsmi "X" hesabında paylaşdığı yazıda Qətər ilə İsveçrə arasındakı sıx münasibətləri yüksək qiymətləndirdi və əməkdaşlıqla investisiya üçün yeni imkanlar yaradan praktiki təşəbbüslər vasitəsilə tərəfdaşlıqları daha da gücləndirmək arzusunu ifadə edib.

Əmir, İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin ilə hər iki ölkənin maraqlarına xidmət edəcək və xalqlarının rifahına töhfə verəcək ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı apardığı danışıqlarda mövcud olan qarşılıqlı anlaşma mühitindən məmnunluğunu dilə gətirib. 

Ötən gün səhər saatlarında Əmir, İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin tərəfindən Bern şəhərində təşkil olunan işgüzar səhər yeməyində iştirak edib.


Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, ticarət və investisiyaların genişləndirilməsi imkanlarını, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlıqların qurulmasında iqtisadi sektorun rolunu müzakirə edib.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:03