İraq qüvvələri cümə günü İranın dəstəklədiyi qruplaşmanın istehkamına daxil olacaq

Dövlət mediasının məlumatına görə, İraq qüvvələri cümə günü İranın dəstəklədiyi "Kətaib Hizbullah" qruplaşmasının əsas istehkamında yerləşməyə başlayacaq.
Bu addım Baş nazir Əli əl-Zaidinin sözügedən qruplaşmanı nəzarət altına almaq səylərini gücləndirdiyi bir vaxta təsadüf edir.
Hökumətin hərbi sözçüsünün cümə axşamı dövlət mediasında dərc olunan bəyanatında deyilir: "Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişlərinə əsasən, Cürf ən-Nəsrdə Komandanlıq Qərargahının yaradılması barədə rəsmi fərman (Divani əmri) verilib".
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:11


























