mobil versiya

“Xankəndi” bu gün Xankəndi stadionunda oyuna çıxacaq



Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək.

Sözügedən arenada 1-ci Liqanın “Xankəndi” – “Karvan-Yevlax” oyunu keçiriləcək.

8-ci turun qarşılaşmasını baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla dördüncü, ev sahibləri isə 6 xalla yeddinci sırada yer alıblar.
Xankəndi stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. (Komanda.az)

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:25