mobil versiya

Bu gün APL-da dördüncü dövrəyə start veriləcək



Bu gün Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə start veriləcək.
XXVIII turun açılış matçında “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 16:30-da başlayacaq.
Bölgə təmsilçisi hazırda 16 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb. “Neftçi” isə 40 xalla üçüncü yerdədir.
Günün digər oyununda “Kəpəz” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi bu matçda məğlub olmayacağı təqdirdə, sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirəcək.
Gəncə klubu 27 xalla doqquzuncu sırada yer alıb, “köhlən atlar” isə 66 xalla liderdir.
Qeyd edək ki, turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 29-03-2024, 11:16