mobil versiya

“Xankəndi” oyunlarını Xankəndi stadionunda keçirməyə hazırlaşır





“Xankəndi” futbol komandası ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

Bu barədə 1-ci Liqa təmsilçisi məlumat yayıb.

Hazırda Xankəndi stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.
İşlər yekunlaşdıqdan sonra Xankəndi stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
Klubun şəhərdəki ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun müəyyənləşdiriləcək.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:07