mobil versiya

Yağış yağacaq, dağlıq ərazilərə qar: Xəbərdarlıq




Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığına əsasən Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.


Reportyor.az 



KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 15:40