mobil versiya

Paşinyan: Təklif olunan Konstitusiya referendumda qəbul edilərsə, baş nazir vəzifəsinə yenidən namizəd olmayacam






Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətə, onun administrasiyası tərəfindən hazırlanmış yeni Konstitusiya layihəsi ilə bağlı referendum keçirilməsini dəstəkləməyi təklif edib.

Bu barədə Armenpress məlumat verib. 

O bəyan edib ki, əgər xalq sənədi rədd edərsə, istefa verəcək; əgər sənəd qəbul olunarsa, o zaman növbəti seçkilərdə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək. Paşinyan Nazirlər Kabinetinin iclasında deyib: “Mən müxalifətə referendum keçirməyi təklif edirəm. Əgər xalq Konstitusiyanı rədd edərsə, mən istefa verəcəyəm. Əgər xalq Konstitusiyanın lehinə səs verərsə, mən növbəti seçkilərdə baş nazir vəzifəsinə namizəd olmayacağam”. Baş nazir qeyd edib ki, o, bu təklifi bir gün əvvəl parlamentdə qismən səsləndirmişdi, indi isə onu daha aydın şəkildə ifadə etmək istəyir. Yeni Konstitusiyanın hazırlanması məsələsinə toxunan Paşinyan bildirib ki, ilkin layihə gələn həftə ictimaiyyətə təqdim olunacaq. O vurğulayıb ki, sənəd hakimiyyət üçün fundamental ideoloji çərçivəni müəyyən etməklə yanaşı, həm də əlavə düzəlişlərə məruz qalacaq. Baş nazir qeyd edib: “Konstitusiya layihəsi mütləq şəkildə yenidən işlənməlidir, lakin o, ‘Real Ermənistan’ın ideoloji qırmızı xətlərini keçməməlidir”.


Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:07