“Azərbaycanla yeni sənəd imzalamağa hazıram” - Nikol Paşinyan
"Əgər Azərbaycan bizim şərtləri yerinə yetirərsə, o zaman mən bu sənədə imza atacağam. Bu. Ermənistanın maraqlarına uyğundur".
Bu sözləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan hökumətin iclasında bildirib. Sabiq səfir Mikael Minasyanın dərc etdiyi məqaləni şərh edən Paşinyan bildirib ki, əgər bu sənəd antiermənidirsə, niyə onu hissə-hissə çap edirlər. Əlavə edib ki, "bu işçi sənəddir və bunu Minasyana ancaq Azərbaycan verə bilərdi".
O, eyni zamanda sabiq prezident Serj Sarkisyanın kürəkənini Bakının Ermənistandakı "casusu" adlandırıb. Hökumətin iclasında çıxış edən Paşinyan Azərbaycanı ittiham etməyi də unutmayıb. İddia edib ki, Azərbaycan Ermənistan ərazisini tərk etməmək üçün müəyyən alətlərdən istifadə edir. Onun sözlərinə görə, Ermənistan daxilində Azərbaycanın müəyyən müttəfiqləri var və Azərbaycan onlardan Ermənistana qarşı informasiya müharibəsində istifadə edir. "Bizim vəzifəmiz - böhranı diplomatiyanın köməyi ilə həll etməkdir. Bizim diplomatik fəaliyyəti uğurli hesab edirəm. Bizim və beynəlxalq tərəfdaşlarımızın mövqeyi birdir", - deyə bəyan edib.
Ermənistan baş nazir səlahiyyətlərini şərh edən Nikol Paşinyan erməni hərbçilərilə bağlı sərhəddə yaşanan qalmaqallı videonu da şərh edib. Baş nazir bilirib ki, iki saatlıq videonun yalnız bir bissəsi dərc edilib. Yəni demək istəyib ki, vəziyyət tam əks olunmayıb.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 20-05-2021, 12:04