mobil versiya

Paşinyan istefa verəcəyi vaxtı açıqlayıb




Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin aprelində istefa verəcək.

“Report” xəbər verir ki, bunu o, martın 28-də Ermənistanın Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib.

O qeyd edib ki, növbədənkənar parlament seçkiləri keçirilənədək Nazirlər Kabineti səlahiyyətlərini icra edəcək:

“Hakimiyyətdən getmək üçün deyil, növbədənkənar seçkilərinin keçirilməsi üçün apreldə istefa verəcəyəm”.

Qeyd edək ki, martın 18-də Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirmişdi. Ermənistan konstitusiyasına əsasən, baş nazir apreldə istefaya getməlidir. Yəni Nikol Paşinyan müxalifətin tələbi ilə deyil, konstitutisya tələblərinə uyğun olaraq istefaya gedəcək.
SON XƏBƏR / SİYASƏT / DÜNYA
Tarix: 28-03-2021, 16:40