Boxtar Dövlət Universitetində "Tacik kimi geyin!" adlı ümumxalq kampaniyası keçirilib

Nosiri Xusrav adına Boxtar Dövlət Universitetində "Tacik kimi geyin!" adlı ümumxalq kampaniyası keçirilib.
Bu barədə Tacikistan yerli mediası xəbər verir.
Bildirilir ki, milli geyim milli mədəniyyətin sütunlarından biridir və keçmişin mirasıdır. Tarix şahidlik edir ki, tacik anaları həmişə millətin müqəddəs ayin və ənənələrinin qoruyucuları olublar. Milli geyim həmçinin dünyanın müxtəlif xalqlarının mədəniyyətinin və sivilizasiyasının əsas simvollarından biridir.
Kampaniya milli adət-ənənələrə hörmət əlaməti olaraq, tələbələrdə vətənpərvərlik və milli kimlik ruhunu aşılamaq, qadınlarda və qızlarda gözəllik hissini artırmaq məqsədi ilə keçirilib.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:29


























