mobil versiya

Bakıda "Chakan Fashion Show” - əsrləri aşan ənənə uçuşu” adlı möhtəşəm Novruz tədbiri keçirilib





Tacikistanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Fairmont Baku” otelində Beynəlxalq Novruz bayramına həsr olunmuş “Chakan Fashion Show” - əsrləri aşan ənənə uçuşu” adlı  tədbir keçirilib.

İstedadlı tacik dizaynerləri Xurşed Sattorov, Vays Asoyev və Sulxiya Qulomova Tacikistanı təmsil edərək tacik milli mədəniyyətinin yüksək sənətkarlığını və bədii irsini əks etdirən “Çakan”, “Nuri Bədəxşon” və “Xorasan nəğməsi” adlı kolleksiyalarını nümayiş etdirib.

Tədbirdə qonaqlar üçün qədim tacik ənənələrinə uyğun bayram süfrəsi hazırlanmışdı: yeddi növ yemək və şirniyyat – “ҳaft sin” (“S” hərfi ilə başlayan 7 element) “ҳaft shin” (“Ş” hərfi ilə başlayan 7 element).

Həmçinin istedadlı tacik artistləri – Cahongir Zaripov və Tacikistanın məşhur müğənnisi, şeşməqam ifaçısı Xurşed İbrohimzoda tərəfindən təqdim olunan mahnı və melodiyalar Azərbaycan tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanın xalq artisti Gülyanaq Məmmədovanın gözəl ifası, Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (xoreoqraf Vüsalə Babayeva) və “Xəzər” Universitetinin rəqs qrupu (xoreoqraf Xanım Kərimzadə) tərəfindən təqdim olunan tacik rəqsləri iştirakçılarda böyük sevinc və coşğu yaradıb.


Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon  öz təbrik nitqində vurğulayıb ki, Beynəlxalq Novruz bayramı xalqın zəngin mənəvi və mədəni irsi olmaqla yanaşı, dost xalqları – tacikləri, azərbaycanlılari və qonşu ölkələrin digər xalqlarını birləşdirir.

Novruz baharın başlanğıcını, təbiətin dirçəlişini simvolizə edir, xalqlar arasında dostluq, yaradıcı əməkdaşlıq və həmrəylik ruhunu təşviq edir.

Mədəni tədbirdə diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatları təmsil edən qonaqlar, ölkə rəsmiləri, müxtəlif nazirlik və idarələrin nümayəndələri, Milli Məclisin deputatları, mədəniyyət xadimləri, həmvətənlərimiz və Azərbaycan universitetlərində təhsil alan tacik tələbələr iştirak edib.


"Çakan" fərqli dövrlərin dialoqudur:
Ənənəvi simvolika və ornamentlər yeni kəsimlər və müasir materiallarla vəhdət təşkil edir. 
Burada hər bir obraz tikmə əl işləri, dekorativ əlavələr və parçaların fakturası vasitəsilə bütöv bir kompozisiya yaradan tacik milli geyiminin tarixi formalarına əsaslanır.
Kolleksiya göstərir ki, milli geyim öz identikliyini qoruyaraq müasir modada da aktuallığını qoruyur. "Çakan"- tacik milli geyiminin üç min ildən artıq tarixindən ilhamlanan bir layihədir. Biz ənənəvi kəsimləri və ornamentləri araşdıraraq elə geyimlər yaratdıq ki, tikmə əl işləri və müəllif naxışları keçmişlə bu gün arasında körpü rolunu oynasın. 
Bu, sənətkarlıq ənənələrinə ehtiramın ifadəsi və milli geyimin bu gün də aktuallığını göstərmək cəhdidir.









Reportyor.az 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-04-2026, 20:06