mobil versiya

11 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma aparılır





29 sentyabr 2026-cı il tarixində Cəlilabad rayonu Uzuntəpə kəndinin 11 sakininin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib.

Qeyd edilib ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb. 

Reportyor.az 
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:56