mobil versiya

İki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır



Mayın 6-da Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində iki nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, iki nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub”, - məlumatda bildirilib.

KARUSEL / HADİSƏ
Tarix: 7-05-2024, 15:22