Lənkəranda iki nəfərin dəm qazından zəhərlənərək ölməsi ilə bağlı cinayət işi başlanıb
Aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
KARUSEL / HADİSƏ

Tarix: 9-04-2024, 17:53