İmişlidə futbolçu dəm qazından boğularaq ölüb
İmişlidə bədbəxt hadisə baş verib. Yeniyetmə hamamda çimərkən dəm qazından boğularaq ölüb.
Hadisə ötən gün axşam saatlarında İmişli şəhəri Nəriman Nəriman küçəsində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Qeyd edək ki, həmin yeniyetmə İmişli futbolunun azyaşlılar üzrə yığmasında qapıçı olaraq çıxış edirdi.
Faktla bağlı araşdırma aparılır
KARUSEL / HADİSƏ
Tarix: 19-01-2023, 10:42