mobil versiya

Əsgərlikdən qayıtdığı günün səhəri öldü - 21 yaşlı gəncin FACİƏSİ



Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 8-01-2020, 11:20