Bakıda ana və oğlu dəm qazından boğulub
Bakıda ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbənin Şıxlar adlanan ərazisində yaşayan Sevda Xaliqova və oğlu, 2002-ci il təvəllüdlü Kamran Xaliqov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər..
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.
SON XƏBƏR / BANNER / HADİSƏ / ÖLKƏ
Tarix: 29-11-2019, 16:55