Abşeronda ər-arvad dəm qazından boğulub
Abşeron rayonunda bədbəxt hadisə baş verib.
REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Qəsəbədə fərdi yaşayış evində yaşayan bir ailənin iki üzvü - 1952-ci il təvəllüdlü Bəşirov Yusif Qovluq oğlu və onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü İsmayılova Sona İsmayıl qızı dəm qazından boğularaq ölüb.
Ölənlərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 16-01-2020, 10:40