mobil versiya

Un dəyirmanında iki nəfər zəhərlənərək ölüb



Avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində iki nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayevin və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyənləşdirilib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 14-08-2023, 12:11