mobil versiya

Xəstə qonşusununa yemək gətirən qadın gördüklərindən ŞOKA düşdü - 88 yaşlı qadın...




Kürdəmir rayonunda 88 yaşlı qadın evində tüstüdən boğulub.

REPORTYOR.AZ Oxu24.com-a istinadən  xəbər verir ki, rayonun Çöhranlı kənd sakini, 1932-ci il təvəllüdlü Nərimanova Umuhanı Rüstəm qızının yaşadığı evdə yanğın hadisəsi baş verməsi nəticəsində ölməsi barədə Kürdəmir Rayon Polis Şöbəsinin Növbətçi hissəsindən rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə günü qonşusu ona yemək gətirən vaxt evdə yanğın olduğunun, U.Nərimanovanın öldüyünün şahidi olub. İlkin ehtimala əsasən, yanğın evdəki elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş verib, otağın daxilində yaranmış tüstü nəticəsində Umuhanı Nərimanova boğularaq ölüb. U.Nərimanovanın meyitinin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Rayon prokurorluğunda araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 2-02-2020, 15:00