Azərbaycanda hamilə qadın faciəli şəkildə öldü
Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.
REPORTYOR.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.
35 yaşlı qadının hamilə olduğu bildirilir.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 7-03-2020, 11:04