mobil versiya

Bakıda 23 məktəbə yeni direktor təyin edilib




Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 23 ümumtəhsil müəssisəsinə yeni direktor təyin olunub.

Bu barədə BŞTİ-dən məlumat verilib.
Qeyd olunub ki, MÜTDA-nın müvafiq əmrinə əsasən, 2026-2027-ci tədris ili ərzində isə paytaxt üzrə ümumilikdə 27 ümumtəhsil müəssisəsinə direktor təyin edilib.

Reportyor.az 
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:46