Böyük Britaniya Hərbi Hava Qüvvələri dron təhlükəsi ehtimalına görə təyyarələri gecələr anqarlara köçürür

"Sky News" telekanalının çərşənbə günü heç bir mənbəyə istinad etmədən yaydığı məlumata görə, Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri (RAF) təyyarələri mümkün dron təhlükəsindən qorumaq üçün gecələr anqarlara və sığınacaqlara yerləşdirir.
Bu xəbər, Böyük Britaniya Müdafiə Nazirliyi və ölkənin daxili kəşfiyyat xidməti MI5-in çərşənbə axşamı Ukrayna ordusuna birbaşa dəstək verən şirkətlərə xəbərdarlıq etməsindən sonra ortaya çıxıb. Xəbərdarlıqda həmin şirkətlərin Rusiya tərəfindən artan təxribat təhlükəsi ilə üzləşdikləri bildirilir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 18:03


























