mobil versiya

Sabiq baş pediatr özünü öldürüb



Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.
O, özünü evində ov tüfəngi ilə güllələyib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisəni Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqləyiblər.
Məlumatda bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.


KARUSEL / HADİSƏ
Tarix: 24-04-2024, 15:22