mobil versiya

Pakistanlı biznes qrupu Özbəkistanda investisiya imkanlarını araşdırır






Pakistanlı biznes qrupu Nishat Group Özbəkistanda qonaqpərvərlik sənayesi, İslam maliyyəsi, tekstil və qida emalı sektorlarında investisiya layihələrini araşdırır.

Bu barədə "Dunyo" Özbəkistan səfiri Əlişir Tuxtayevlə şirkətin baş direktoru Məhəmməd Manşa arasında keçirilən videokonfransdan sonra məlumat verib.

Nishat Group rəhbərinin sözlərinə görə, şirkət artıq Lahor və Londonda otellər işlədir və noyabr ayında İslamabadda yeni otel açmağı planlaşdırır.

Məhəmməd Manşa bildirib ki, "Özbəkistanda turizmin inkişafını və otellərə olan yüksək tələbatı nəzərə alaraq, inanıram ki, bu sektorda investisiya layihəsinin həyata keçirilməsi bizim üçün faydalı olacaq".

Tərəflər həmçinin Özbəkistanda İslam bankının yaradılması məsələsini müzakirə ediblər. Nishat Group-un Pakistanda İslam bankçılığı sahəsindəki təcrübəsinə əsaslanaraq, iki variant nəzərdən keçirilir: ayrıca İslam bankının yaradılması və ya Özbəkistan qanunvericiliyinə və lisenziyalaşdırma tələblərinə uyğun olaraq yerli tərəfdaşlarla birgə bank layihəsinin həyata keçirilməsi.

Otel biznesi və maliyyə ilə yanaşı, danışıqlar zamanı tekstil sənayesi və qida emalı sahələrində potensial layihələr də araşdırılıb.

Görüşdən sonra şirkət rəhbərliyi və mütəxəssislərinin rəhbərlik etdiyi Nishat Group nümayəndə heyətinin Özbəkistana səfərinin təşkili barədə razılıq əldə edilib.

Nishat Group Pakistanın ən böyük biznes qruplarından biridir. O, tekstil sənayesi, bankçılıq və maliyyə, tikinti materialları istehsalı, sığorta, enerji, qonaqpərvərlik, daşınmaz əmlak, kənd təsərrüfatı, avtomobil istehsalı və aviasiya sahələrində fəaliyyət göstərir. Qrupa digər şirkətlərlə yanaşı, Nishat Mills Limited, MCB Bank Limited, MCB Islamic Bank Limited, D.G. Khan Cement Company Limited, Adamjee Insurance, Nishat Power Limited, Nishat Hotels and Properties, Nishat Dairy və Hyundai Nishat Motor daxildir.


Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:44