mobil versiya

Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunurmu?




Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün hər hansı ödəniş tələb olunmur.

Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlayn növbə yalnız “mygov” mobil tətbiqi vasitəsilə əldə edilə bilər.
“Vətəndaşlardan qeyri-rəsmi platformalar və digər vasitələrdən istifadə etməmələri xahiş olunur”.

Reportyor.az 
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:02